Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
67-ci Kann kinofestivalının qalibləri – FOTOLAR
67-ci Kann kinofestivalının nəticələri bəlli olub.
Oxu.Az xəbər verir ki, festivalın əsas mükafatı olan “Qızıl palma budağı”nı türkiyəli rejissor Nuri Bilge Ceylanın “Qış yuxusu” filmi qazanıb. Rejissor nitqində mükafatı son bir ildə həyatını itirən gənclərə və Somada həlak olan mədənçilərə həsr etdiyini deyib.
Qısametrajlı filmlər üzrə “Qızıl palma budağı”nı rejissor Simon Mesa Sotonun “Leidi” filmi alıb. Ekran əsəri Kolumbiya və Böyük Britaniyanın birgə işidir.
“Qızıl kamera” mükafatını rejissorlar Mari Amaşukeli, Kler Berje və Samuel Teys olan “Party Girl” filmi qazanıb. “Xüsusi baxış”da iştirak edən film gecə klubunda çalışan 60 yaşlı Anjelika adlı qadının həyatından bəhs edir.
“Qran-Pri” - Aliçe Rorvaxer, “Möcüzələr” filmi.
“Ən yaxşı rejissor işi” - Bennet Miller, “Tülkü ovçusu” filmi.
“Ən yaxşı aktyor” - Timoti Spoll, “Uilyam Terner” filmi.
“Ən yaxşı aktrisa” - Culianna Mur, “Ulduz xəritəsi” filmi.
“Ən yaxşı ssenari” - Andrey Zvyaqintsev, “Leviafan” filmi.
“Jüri mükafatı” - Ksavye Dolan, “Ana” filmi.
“İkinci jüri mükafatı” - Jan-Lyuk Qodar, “Sözlər, əlvida” filmi.
Qeyd edək ki, Azərbaycan kinofestivala “Sonuncu” filmi ilə qatılmışdı. Filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur. Filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.
Rəylər