ABŞ-ın Luiziana ştatında atışma nəticəsində beş nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilir ki, şənbə günü səhər Yeni Orleandan qərbdə iki yerdə atışma qeydə alınıb.
Livinqston dairəsində silahlı insident nəticəsində üç nəfər, Asensyon dairəsində iki nəfər öldürülüb. Polis bu iki hadisənin bir-biri ilə əlaqəli olduğunu güman edir.
Şübhəli bilinən 21 yaşlı şəxs azadlıqdadır, o silahlı və təhlükəlidir.
Polis cinayətkarın axtarışına başlayıb.