ABŞ-ın Filadelfiya şəhərinin limanında 16,5 ton kokain daşıyan gəmi saxlanılıb.
Gazeta.ru xəbər verir ki, bu barədə Pensilvaniya ştatının şərq dairəsinin prokurorluğu bildirib.
Bu nəhəng partiyanın dəyərinin 1 milyard dollardan çox olduğu bildirilir.
“Bu, Pensilvaniya ştatının şərq dairəsi tarixində ən böyük narkotik müsadirəsidir”, - deyə, prokurorluğun məlumatında deyilir.