ABŞ-ın Nevada ştatının Fellon şəhərində yerləşən kilsədə silahlı şəxs ətrafa atəş açıb. Hadisə zamanı bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Oxu.Az “Fox News” telekanalına istinadla xəbər verir ki, silahlı şəxs ibadət zamanı atəş açmağa başlayıb.
JUST IN: 1 dead, 1 wounded in shooting at Nevada Mormon church; suspect in custody https://t.co/VX4PSEpKzt
— Fox News (@FoxNews) July 23, 2018
Bir neçə atəş açdıqdan sonra o, binanı tərk edib və evə gedib. Bir müddət sonra kişi polislərə təslim olub.
Onun bu hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.