Silsilə qətllər törətmiş “Ölüm mələyi” ləqəbli Donald Harvi 50 nəfəri qətlə yetirdiyinə görə, Amerikada ömürlük cəza çəkdiyi həbsxanada döyülərək öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Аssociated Press” agentliyi məlumat yayıb.
Donald Harvi 1970-1980-ci illərdə Sinsinnati (Ohayo ştatı) və London (Kentukki ştatı) şəhər xəstəxanalarında sanitar işləyib. O, qurbanlarının əksəriyyətini yeməklərinə zəhər qatmaqla öldürüb. Bəzi xəstələr cinayətkar onların süni nəfəs aparatını söndürdüyü üçün boğuralaq ölüblər.
Harvinin cinayətlərinin üstü qurbanlardan birinin patoloqoanatom tərəfindən baxışı zamanı zəhərli maddənin iyi hiss etdikdən sonra açılıb. 1987-ci ildə Harvi 37 nəfəri qətlə yetirdiyini etiraf edib. Sonra o, daha 18 nəfəri qətlə yetirdiyini bildirib.
64 yaşlı Harvi çərşənbə axşamı cəza çəkdiyi Tolido şəhər həbsxanasında döyülüb. İki gün sonra isə vəfat edib.
N.О.
www.oxu.az