ABŞ-nin Viskonsin ştatının Miluoki şəhərində polis respublikaçıların qurultayının keçirildiyi ərazinin yaxınlığında xizək maskası taxmış silahlı şəxsi saxlayıb.
Bu barədə Oxu.Az "Fox News"a istinadən bildirir.
Hüquq-mühafizə orqanlarının verdikləri məlumata görə, silahlı şəxs qurultayın keçiriləcəyi yerdən bir neçə kvartal aralıda həbs edilib. Axtarış zamanı təhlükəsizlik qüvvələri onun çantasından tapança və dolu daraq aşkar ediblər. Onun Viskonsin və ya digər ştatlarda silah gəzdirmək üçün lisenziyası olmayıb.
Qeyd edək ki, bu, Miluoki şəhərində silahlı şəxslərlə bağlı baş verən ilk insident deyil.
Respublikaçıların Milli Qurultayı iyulun 15-də Miluokidə başlayıb. İlk gün nümayəndələr rəsmi olaraq Donald Trampı prezidentliyə namizəd, Ohayo ştatından olan senator Ceyms Devid Vensi isə vitse-prezidentliyə namizəd kimi irəli sürüblər.
Rəylər