ABŞ Senatı dövlət büdcəsi ilə bağlı siyasi böhrandan çıxmaq üçün lazım olan hökumətin maliyyələşdirilməsi üzrə qanun layihələrini ardıcıl yeddinci dəfə rədd edib.
Oxu.Az "C-Span"a istinadən xəbər verir ki, səsvermənin nəticələrinə görə, Demokratların təşəbbüsü lehinə 47, əleyhinə isə 50 səs alaraq uğursuz olub. Respublikaçı qanun layihəsi də prosedur maneələri aşmaq üçün lazım olan 60 səsi təmin edə bilməyib.
Xatırladaq ki, oktyabrın 1-də Senat büdcə qanun layihəsini razılaşdıra bilmədiyi üçün ölkə hökuməti fəaliyyətini dayandırıb. Səbəb Demokratlar və Respublikaçılar arasında səhiyyə sahəsinin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığı olub.