Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-də tornado yaşlı cütlüyün evini DAĞITDI: Sağ qalsalar da, əlləri qopdu
ABŞ-nin Konnektikut ştatında 60 yaşlı ər-arvad tornadodan sağ çıxsalar da, əllərindən məhrum olublar.
Oxu.Az xəbər verir ki, bu barədə "LEX 18" məlumat verib.
Qeyl və Pol Klayn yataq otağında olarkən onların evini tornado vurub. Daha sonra onları qonşusu aşkar edib. Qonşu yaxınlıqdakı evlərdə sağ qalanları axtarıb və Qeylin qışqırıqlarını eşidib. Qadın kəsilmiş qolunu dəhlizdə gördüyü üçün qışqırıb. Qonşu yaşlı cütlüyü çölə çıxarıb və təcili yardım çağırıb.
Xəstəxanada həkimlər bildiriblər ki, Qeyl və Pol təbii fəlakət zamanı əl-ələ tutduqları üçün əzalarını itiriblər. Qadın həmçinin ağciyərindən qəlpə yaraları alıb. Onu medikamentoz komaya salıblar. Polun vəziyyəti yaxşılaşıb, lakin o, çoxdan demensiyadan əziyyət çəkir. Bu səbəbdən də nə baş verdiyini hələ dərk edə bilmir.
Cütlüyün 12 yaşlı Sedi adlı iti də həmçinin tornadodan xilas olub. Onu fəlakətdən bir neçə saat sonra tapıblar. Heyvan sanki sahiblərinin qayıtmasını gözləyirmiş kimi, onların yataq otağında oturub.