Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının Beyrutun ətrafında yerləşən hədəfinə zərbə endirilməsinə icazə verməyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
"Ağ Ev İsrailin Beyruta zərbə endirməsinə "yaşıl işıq" yandırmayıb", - deyə jurnalistin paylaşımında qeyd edilib.
Qeyd edək ki, iyunun 7-si axşam saatlarında İsrailin şimal bölgələri İran tərəfindən raket hücumuna məruz qalıb. İsrail ordusunun yaydığı bəyanatda bütün raketlərin zərərsizləşdirildiyi bildirilib. Bu hadisə, bundan əvvəl İsrailin Beyrut ətrafındakı "Hizbullah" obyektinə zərbə endirməsindən sonra baş verib. İsrail tərəfinin açıqlamasına əsasən, bu hücum "Hizbullah"ın yəhudi dövlətinin şimal rayonlarını atəşə tutmasına cavab olaraq həyata keçirilib.