ABŞ-li jurnalist və milyonlarla izləyicisi olan bloqer Kendis Ouens Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun kişi olduğuna dair dəlil tapdığını iddia edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, TASS-a müsahibəsində bildirib.
"İstintaq artıq başa çatıb: Bricit Makronun kişi olduğu heç bir şübhə doğurmur. Əlbir olub əleyhinə iş çevirməklə bağlı axmaq nəzəriyyələr yaymaq mənim tərzim deyil. Mən bu məsələni araşdırdım, tədqiq etdim və mən deyirəm ki, bu, Emmanuelin məktəb müəllimi olub", - deyə Ouens bildirib.
"Dəlilik olan bax budur. Bricit məni ona görə məhkəməyə verməyib ki, mən onu kişi adlandırmışam. Xeyr. Ona görə məhkəməyə verib ki, onun bacısının və ya qardaşının sənədlərini oğurladığını demişəm. O, iddia edir ki, mən onu kişi yox, oğru adlandırmışam. Bu, tamamilə dəlilikdir", - deyə jurnalist əlavə edib.
Kendis Ouen ABŞ-də mühafizəkar dairələrin nümayəndəsi və populyar podkastın aparıcısıdır, onun "YouTube" kanalına altı milyondan çox insan abunə olub. 2024-cü ilin mart ayından bəri o dəfələrlə Bricit Makronun əslində kişi olaraq doğulduğunu bəyan edib. Daha əvvəl Fransa prezidenti və həyat yoldaşı Ouensin iddialarını təkzib edən dəlilləri məhkəməyə təqdim etməyi planlaşdırırdılar.