Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ-nin Federal Ehtiyat Sistemi tarixi ərzində ən böyük zərərlə üzləşdi: Rekord itki qeydə alındı
ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) xərcləri 2023-cü ildəki gəlirini 114,3 milyard dollar üstələyib.
Bu da FED-in tarixi ərzində ən böyük əməliyyat itkisi olub və faiz dərəcələri yüksək qaldığı üçün ABŞ mərkəzi bankını Xəzinədarlığa nağd pul köçürmələrini dayandırmağa vadar edib.
FED-in məlumatına görə, qurum 2022-ci ildə 58,8 milyard dollar xalis gəlir əldə edib.
Bankların ehtiyat qalıqları üzrə FED tərəfindən yoxlanılan faiz xərcləri keçən il 2022-ci ilə nisbətən 116,4 milyard dollar artaraq 176,8 milyard dollara çatıb. Əks-repo əməliyyatları üzrə faiz xərcləri isə əvvəlki ildəki 41,9 milyard dollarla müqayisədə 104,3 milyard dollar təşkil edib.
Eyni zamanda FED-in sahib olduğu istiqrazlardan əldə etdiyi gəlir 2022-ci ildəkindən çox az fərqlənib və 163,8 milyard dollar olub.
Mənbə: “Reuters”, “BNN Bloomberg”
Rəylər