Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ-nin yeni ticarət naziri məlum oldu
ABŞ Senatı bankir Hovard Latnikin Birləşmiş Ştatların ticarət naziri vəzifəsinə namizədliyini təsdiqləyib.
Oxu.Az Vesti.ru-ya istinadla xəbər verir ki, 51 senator H.Latnikin namizədliyinin lehinə, 45 senator isə əleyhinə səs verib.
Xatırladaq ki, onun namizədliyini Ağ Evin rəhbəri Donald Tramp irəli sürmüşdü.
Qeyd edək ki, H.Latnik ABŞ Ticarət Nümayəndəliyinin ofisinin fəaliyyətinə, eləcə də ABŞ-nin ticarət və tarif gündəliyinə görə cavabdehlik daşıyacaq.
Ən çox oxunanlar