ABŞ hərbçiləri Qrenlandiyadakı baza və obyektlərini tərk edərkən Danimarkaya məxsus adada külli miqdarda təhlükəli tullantı qoyublar.
Oxu.Az xəbər verir ki, bu barədə "Politiken" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, bunu dünyanın ən böyük adasında ABŞ-yə məxsus ən azı 36 keçmiş baza və hərbi obyektdə "Politiken" tərəfindən aparılan araşdırmanın nəticələri sübut edir. Xüsusilə, jurnalistlər keçmiş Amerika bazalarında paslanmış yüzlərlə dizel yanacağı çəlləkləri aşkar ediblər. Obyektlərdə, həmçinin milyonlarla litr zəif radioaktiv su, köhnə borular və kabellər, avtomobil akkumulyatorları, eləcə də ətraf mühitə mənfi təsir göstərə biləcək digər tullantılar qalıb. Nəşrin məlumatına görə, zibilin ümumi həcmi bir neçə min tona çatır.
Məqalə müəlliflərinin sözlərinə görə, tullantılar Qrenlandiya sahillərindəki molyusklara və digər dəniz heyvanlarına zərər vurur.