Amerika Birləşmiş Ştatları Rusiya ilə əlaqəsi olan iki tankeri təkrar emal müəssisəsinə metal qırıntısı kimi satıb. Həmin gəmilər sökülmək məqsədilə Hindistanın Alanq şəhərinə istiqamətləndiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Lloyd's List" nəşri yazıb.
"ABŞ hökuməti müsadirə edilmiş "Era" və "Lileo" gəmilərini GMS təkrar emal şirkətinə satıb və hazırda hər iki nəqliyyat vasitəsi söküntü üçün Alanqa doğru hərəkət edir", - deyə portalın yaydığı məlumatda qeyd olunub.
Bununla yanaşı, vurğulanır ki, müsadirə olunan gəmilərin utilizasiyası prosesində müəyyən çətinliklər yaranıb. Məhkəmənin utilizasiyaya icazə verməsinə və ABŞ Maliyyə Nazirliyinin lazımi istisnalar tətbiq etməsinə baxmayaraq, banklar, sığorta şirkətləri və xidmət təminatçıları bu məsələdə əməkdaşlıq etməyə həvəssiz yanaşıblar.