ABŞ Prezidenti Donald Trampın administrasiyası vətəndaşlarının ABŞ-yə girişinə icazə verilməyən ölkələrin yeni siyahısını hazırlayır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Times" nəşri məlumatlı mənbələrə istinadən yazıb.
Hazırda Tramp administrasiyası əvvəlkindən daha geniş olacaq siyahı üzərində işi yekunlaşdırır.
Mənbələrdən birinin sözlərinə görə, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən kimi ölkələrin adları siyahıdan silinməyəcək.
Həmçinin yeni siyahıya Əfqanıstan vətəndaşlarının da daxil edilə biləcəyi qeyd edilib.