ABŞ-ın Late Night with Seth Meyers axşam şousunun aparıcısı Set Mayers verilişin Donald Trampı dəstəkləyən tamaşçılarının qarşısında ultimatum qoyub.
Oxu.Az-ın məlumatına görə, Mayers məşhur reper Eminemin prefomansını təkrarlayıb. Belə ki, reper pərəstişkarlarından onunla Tramp arasında seçim etməyi tələb etmişdi.
Musiqiçi perfomansında “Onu dəstəkləyən istənilən fanatım, mən aramızda qumla xətt çəkirəm, sən ya “lehinə”, ya da “əleyhinə” seçməlisən”, - deyib və qərar verə bilməyənləri isə jest ilə “yollayıb”.
Eminemin hərəkətindən ilhama gələn Mayers də tamaşaçılara Late Night with Seth Meyers və ABŞ prezidenti arasında seçim etməli olduqlarını bildirib və rep oxumağa başlayıb.
“Mənim adım Setdir və mən sizə demək istəyirəm ki,əgər siz Trampı dəstəkləyirsinizsə, rədd ola bilərsiniz”, - aparıcı deyib və kameranın obyektivinə inamsız şəkildə orta barmağını göstərib.
N.О.