Ağ Evin yaxınlığında ABŞ Prezidenti Donald Trampla danışmağı tələb edən şəxs həbs olunub.
Oxu.Az bu barədə "Sun" nəşrinə istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər avtomobilin mühafizə çəpərinin yanındakı səkiyə çıxmasından sonra Ağ Evin yaxınlığındakı Lafayet-skver parkının ətrafındakı yolayrıcını mühasirəyə alıblar.
"Məxfi Xidmətin əməkdaşları təhlükəsizlik rejiminin pozulması barədə məlumatdan sonra kişini həbs ediblər", - deyə nəşr qeyd edir.
Məlumata görə, avtomobilin sükanı arxasında olan şəxsin əllərinə qandal vurulduqdan sonra o, Ağ Ev rəhbəri ilə görüşməyi və danışmağı tələb edib.