İqlim dəyişiklikləri uzunmüddətli quraqlıqların daha tez-tez baş verməsinə və ildırım çaxmalarının sayının artmasına səbəb olur.
Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bunu Kanadanın Britaniya Kolumbiyası Universitetinin professoru Lori Deniels qlobal istiləşmənin qaçılmaz nəticələrindən danışarkən bildirib.
Onun sözlərinə görə, iqlim böhranı uzunmüddətli quraqlıq dövrlərinin daha tez-tez baş verməsinə səbəb olur. Bundan əlavə, iqlim dəyişiklikləri ildırım çaxmalarının sayının artmasına gətirib çıxarır.
Deniels bildirib ki, BMT qlobal temperatur artımını 1.5 dərəcədən aşağı saxlamaq məqsədinə nail olunana qədər bəşəriyyət belə hava şəraitinə uyğunlaşmalı olacaq.
"Bu məqsədə nail olunana qədər daha şiddətli quraqlıqlara və ildırım çaxmalarına uyğunlaşmalıyıq", - deyə klimatoloq bildirib.