"100 yaşa qədər yaşamaq istəyənlər qəhvəni günün müəyyən saatlarında içməlidirlər".
Oxu.Az xəbər verir ki, bu barədə uzunömürlülük üzrə mütəxəssis Den Byuttner ABC nəşrinə müsahibəsində danışıb.
Den Byuttner qəhvənin günortaya qədər, bir və ya iki fincan olmaqla içilməsini tövsiyə edib.
"Birincisi, bu qaydaya əməl edilərsə, ürək-damar xəstəliklərinin yaranması riskini azaltmaq mümkündür", - deyə o izah edib.
Mütəxəssisin sözlərinə görə, qəhvənin günortadan sonra içilməsi yuxusuzluğa səbəb ola bilər. Pis yuxu rejimi isə insanın sağlamlığına mənfi təsir göstərməklə yanaşı, ömür uzunluğunu da əhəmiyyətli dərəcədə azalda bilər.
Mütəxəssis ən faydalı iki qəhvə növü kimi yüngül qovrulmuş dənələrdən hazırlanan və filtrdən keçirilən qəhvəni tövsiyə edib.