Futbol üzrə Almaniya millisinin müdafiəçisi Conatan Tan Münxenin "Bavariya" klubuna transfer olub.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc edilib.
29 yaşlı almaniyalının müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Saytda transferlə bağlı futbolçunun qısa açıqlaması da dərc edilib:
"Bavariya"da olduğum üçün çox xoşbəxtəm. Mən buraya məsuliyyəti öz üzərimə götürmək və hər gün daha çox çalışmaq üçün gəlmişəm. Məqsəd komanda olaraq uğur əldə etmək və birlikdə çoxlu kuboklar qazanmaqdır".
Məlumat üçün əlavə edək ki, Conatan Tanın əvvəl çıxış etdiyi klub "Bayer Leverkuzen" olub.