ABŞ-da əhalinin 50%-i yeni prezidentin Hillari Klinton olacağından əmindir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, İpsos şirkətinin keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, vətəndaşların əksəriyyəti Hillari Klintonun 2016-cı il prezident seçkilərində qalib gələcəyini hesab edirlər.
Ümumilikdə 56% amerikalı Klintonu effektiv lider hesab edir.
Sorğu 11-15 mayda keçirilib. Sorğuda 1500-dən çox azərbaycanlı iştirak edib.
Baxmayaraq ki, Klinton mümkün favoritlərdəndir, lakin hələ də Ağ evə hakimlik vəzifəsinə namizədliyini verməyib. ABŞ-ın keçmiş dövlət katibi, bu barədə düşünəcəyini bəyan edib.