Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Antoni Blinken: "ABŞ İsrail və HƏMAS arasında danışıqları iki həftəyə başa çatdırmaq istəyir"
"ABŞ Prezidenti Co Baydenin Administrasiyası İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs və girovların qaytarılması ilə bağlı danışıqların yaxın iki həftə ərzində başa çatmasını istəyərdi".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri ABŞ-nin Dövlət katibi Antoni Blinken Seulda Koreya Respublikasının xarici işlər naziri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, yanvarın 20-də Donald Trampın andiçmə mərasimi keçiriləcək.
"Biz çox istəyərdik ki, finiş xətti yaxın iki həftə ərzində, bizə qalan müddətdə keçilsin", - deyə o, Yaxın Şərqdə atəşkəsin əldə edilməsinin yaxın olub-olmamasına dair sualı cavablandırarkən bildirib.
Xatırladaq ki, daha əvvəl HƏMAS Qəzza zolağı ilə bağlı razılaşma çərçivəsində radikalların azad etməyə hazır olduqları 34 girovun adı olan siyahını təsdiqləyib.
"Əgər finiş xətti iki həftə ərzində keçilməsə, mən əminəm ki, bu nə vaxtsa tamamlanacaq, amma tez olması gec olmasından yaxşıdır", - deyə Blinken əlavə edib.
"Antoni Blinken" teqi üzrə xəbərlər
- Prezidentin Çin mediasına müsahibəsi - Dünyaya sülh, əməkdaşlıq çağırışları
- Səhnədən çıxmaq istəməyən üçlük - ördək, balıq, xərçəngin "tələs, tələsmə" təklifi
- Ermənilərin korrupsioner dayağının sonu: Menendezə verilən layiqli cəza
- Dmitri Peskov çətin sual qarşısında: Bayden administrasiyası Putini öldürməyə çalışıb?
- ABŞ Dövlət Departamenti Blinkenin Belarusla bağlı bəyanatını öz saytından sildi
Rəylər