Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkisində ödənişsiz təşviqat hüququndan imtina edib.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, YAP bələdiyyə seçkisində bu hüququndan istifadə etməmək barədə qərarını MSK-ya bildirib.
O, həmçinin deyib ki, namizədlərin təşviqat aparması üçün bütün ölkə ərazisində açıq və qapalı yerlər ayrılıb.
Aləmdə Nəsib