Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Apple” pasportlara alternativ təklif etdi
ABŞ-ın Patentlər və Ticarət Nişanları İdarəsi “Apple” şirkətinin “iPhone” vasitəsi ilə şəxsiyyətin eyniləşdirməsi texnologiyasına dair sifarişini qeydə alıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə “Apple Insider” portalı məlumat yayıb.
Sözügedən texnologiya pasport əvəzinə smartfondan istifadəni nəzərdə tutur.
Şirkət əməkdaşlarının fikrincə, hər kəsin şəxsi informasiyasına qeyri-qanuni çıxışın qarşısı “Touch ID” və “Face ID” biometrik vertifikasiya texnologiyası ilə alınacaq.
Konsepsiya bir çox sahələrdə - həm şirkətlər (məsələn, əməkdaşların buraxılış sistemində), həm də dövlətlər (pasport nəzarətində) tərəfindən istifadə edilə bilər.
Rəylər