Astanada xüsusi təyinatlılar bank filialında saxlanılan 7 girovu azad ediblər.
Qazaxıstan Daxili İşlər Nazirliyində Marat Axmetjanov bildirib ki, şübhəli şəxs saxlanılıb, girovlardan heç biri xəsarət almayıb. “Hər kəs həkimlər tərəfindən müayinə olunub. Girovlar və hücum edən şəxs yaralanmayıb”, - məlumatda deyilir.
Nazirlikdən bildirilib ki, Axmetjanov cinayətkarla özü danışıqlar aparıb, girovların azad edilməsi üzrə əməliyyata da rəhbərlik edib.
O, jurnalistlərə bildirib ki, xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər. “Hazırda banka hücumi edən şəxs təcridxanaya yerləşdirilib”, - nazir bildirib.
15:05
Astanada xüsusi təyinatlılar bank filialındakı girovları azad ediblər.
Qazaxıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şübhəli şəxs saxlanılıb.
Məlumata görə, hadisə yerində “Arlan” xüsusi təyinatlı dəstəsinin əməkdaşları çalışıblar. Banka silahlı hücum edən şəxslə danışıqları Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov aparıb. Girovların azad edilməsi ilə bağlı əməliyyata da nazir başçılıq edib.
Hərbçilər xüsusi əməliyyata cəlb olunmayıblar.
Mənbə: TASS
14:10
Silahlı olduğu güman edilən şəxs Qazaxıstanın paytaxtında bank filialının birində insanları girov saxlayır.
Bu barədə polisin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə Dostıq küçəsində yerləşən “Caspi Bank”ın binasında yaşanır. Bildirilir ki, həmin şəxs silahlıdır.
Polis əməkdaşları hadisə yerindədir və cinayətkarla danışıqlar aparılır.
Bununla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt sakinlərindən sakit olmağı və səlahiyyətli orqanlara mane olmamağı xahiş ediblər. Polis bank filialının ətrafını mühasirəyə alıb, müvafiq videolar sosial şəbəkələrdə yayılıb. Bank filialının yerləşdiyi binanın sakinləri küçəyə çıxarılır.
Sosial şəbəkələrdə yayılan məlumata görə, kişinin 30 yaşı var, onun altı xanımı və bir mühafizəçini girov götürdüyü iddia edilir. Xanımların bankın əməkdaşları olduğu, girovlar arasında bankın müştərilərinin olmadığı vurğlanır. Polis artıq bu məlumatı təsdiqləyib.
Deyilənlərə görə, silahlı şəxs bankın bütün əmlakının 3 saat ərzində əlil uşaqlara, yoxsullara və imkansızlara verilməsini tələb edir.
Mənbə: TASS