Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AZAL təyyarəsinin qəzaya uğramasından sonra daha bir ölkə aeroportlarla bağlı hərəkətə keçdi
"Qazaxıstan Aviasiya Administrasiyası" Aktau hava limanı yaxınlığında Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsinin qəzaya uğramasından sonra aeroportların və təyyarələrin, həmçinin uçuş heyətlərinin ixtisasının planlaşdırılmamış yoxlamalarını keçirəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə respublikanın nəqliyyat nazirliyindən məlumat verilib.
Bildirilir ki, təkrar yoxlama Qazaxıstanın Baş naziri Oljas Bektenovun tapşırığına əsasən həyata keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl Çin hökuməti də Azərbaycan Hava Yollarının (AZAL) və Cənubi Koreyanın "Jeju Air" şirkətinin təyyarələrinin qəzaya uğramasından sonra bütün ölkə ərazisində risklərin aradan qaldırılması üzrə əks-tədbirlər görüb. Ölkənin Mülki Aviasiya İdarəsi bütün ölkə üzrə hava limanlarında yoxlamalar təşkil edib və müvafiq risklərə qarşı fəal şəkildə mübarizə aparmaq üçün uçuş-eniş zolaqlarında təhlükəsizlik təhdidlərinin hərtərəfli müəyyən edilməsini təmin edib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Moskvada hava məkanı açıldı: Reyslər BƏRPA OLUNDU
- Hökumə Əliyevanın büstü HAZIRLANIR
- "Silk Way West Airlines" Milli Aviasiya Akademiyasına "Boeing 777" uçuş simulyatorunu təhvil verib
- Təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın həyatı filmə çəkilib
- AZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir