Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Cənubi Koreyada təyyarə qəzasında 179 nəfərin öldüyü təsdiqlənib
Son məlumata əsasən, Cənubi Koreyada "Boeing 737" təyyarəsinin Muan hava limanında qəzaya uğraması nəticəsində 179 nəfərin həyatını itirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Cənubi Koreyada "Boeing 737" təyyarəsinin Muan hava limanında qəzaya uğraması nəticəsində 177 nəfərin öldüyü təsdiqlənib.
Oxu.Az -ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, iki nəfər itkin düşmüş hesab olunur. İki nəfər isə xəstəxanaya yerləşdirilib, onların müalicəsi davam etdirilir.
İlkin məlumatlara görə, qəzaya uğrayan təyyarənin göyərtəsində yaşı 10-dan az olan azı beş uşaq olub.
Ümumilikdə təyyarədə 175 sərnişin (173 Koreya Respublikası və iki Tailand vətəndaşı) və altı ekipaj üzvü olub.
Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan "Boeing 737" təyyarəsi quşla toqquşub.
Oxu.Az "Shot" "Telegram" kanalına istinadən xəbər verir ki, toqquşma nəticəsində quş təyyarənin mühərrikinə düşüb və onu zədələyib.
Xatırladaq ki, qəza baş verən andan etibarən ilkin versiya kimi qəzanın təyyarənin quş sürüsü ilə toqquşması göstərilirdi.
Həmin görüntüləri təqdim edirik:
Cənubi Koreya rəsmiləri qəzaya uğrayan "Boeing 737-800" təyyarəsinin göyərtəsində olan insanların (xilas edilən iki nəfər istisna olunmaqla) çoxunun həlak olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumat üçün əlavə edək ki, təyyarənin göyərtəsində 175 sərnişin və altı heyət üzvü olub.
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində 62 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki, "Jeju Air" şirkətinin Banqkok-Muan reysini yerinə yetirən təyyarə yerli vaxtla saat 9:00-da eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib.
Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, quşlarla toqquşduğu üçün təyyarənin eniş mexanizmləri işləməyib.
Rəylər