Tailandın paytaxtı Banqkokda yük qatarı ilə avtobusun toqquşması nəticəsində azı səkkiz nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Thairath" qəzeti məlumat yayıb.
Hadisə Makkaşan stansiyası yaxınlığında baş verib. Ölənlərin hamısı avtobus sərnişinləri olub.
"Thai PBS" telekanalının məlumatına görə, xəsarət alanların sayı 32 nəfərə çatıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Banqkokda yük qatarı avtobusla toqquşub.
Oxu.Az-ın xəbərinə görə, hadisə barədə "Matchon" qəzeti məlumat verib.
Məlumata görə, qəza nəticəsində ən azı altı nəfər həyatını itirib.
Bildirilir ki, avtobus alovlanıb və yanğınsöndürənlər onu söndürmək üçün çalışırlar. Yaralılara tibbi yardım göstərilir və onların dəqiq sayı müəyyənləşdirilir.