Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən "WTT Youth Contender" turnirini üç mükafatla başa vurublar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.
Yarışın son günündə U-15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə bütün rəqiblərini üstələyərək finala yüksəlib.
Yalnız həlledici oyunda məğlubiyyətlə üzləşən seçmə komandanın üzvü ikinci yerlə kifayətlənib.
Cəfər Almədədli isə U-11 yaş qrupunda bürünc mükafata layiq görülüb.
Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançıar arasında üçuncü yeri tutmuşdu.