Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ben Afflek Cennifer Lopeslə birgə görüntülənib
Hollivud aktyoru Ben Afflek üzündə təbəssümlə keçmiş arvadı Cennifer Lopeslə görüntülənib.
Oxu.Az xəbər verir ki, foto "Daily Mail"də dərc olunub.
Məlumata görə, bugünlərdə Afflek keçmiş həyat yoldaşları, aktrisalar Cennifer Lopes və Cennifer Qarnerlə görüşüb. Los-Ancelesdə övladlarının təhsil aldığı məktəbdə məşhurları paparassilər yaxalayıblar.
Jurnalistlərin sözlərinə görə, sənətçilər ora varislərinin iştirak etdiyi məktəb tamaşasına baxmaq üçün gəliblər. Cennifer Lopes qızı Emma üçün aldığı gül buketi ilə fotokamera qarşısına keçib. Kadrların birində Ben Afflek müğənninin yanında dayanaraq gülümsəyib. Cennifer Qarnerə gəlincə, o, kənarda dayanıb.
"Ben Afflek" teqi üzrə xəbərlər
- Cenifer Lopes: "Məşhur olmayan biri ilə də görüşə bilərəm"
- Cennifer Qarnerin nişanlısı onun Ben Affleklə romantik FOTOLARINDAN sonra ultimatum verdi
- Ben Afflek keçmiş həyat yoldaşının yeni eşqinə mane oldu
- Afflekin keçmiş həyat yoldaşı Qarner onun Lopeslə münasibətindən narazılıq etdi
- Ben Afflekin evinin yerləşdiyi məhəllə külə döndü: Qızı ilə kədərini paylaşdığı anlar görüntüləndi