Böyük Britaniyada 14 yaşlı yeniyetmə Londonun cənubundakı iki məscidə hücum planı ilə bağlı ehtimal edilən terror cinayətində ittiham olunub.
Oxu.Az xəbər verir ki, bu barədə polisin rəsmi saytında yayımlanan açıqlamada bildirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, yeniyetmə ötən həftə avtomobilə qəsdən zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.
Lakin aparılan axtarışlar zamanı polis onun barəsində "terror aktları törətmək niyyətinin həyata keçirilməsinə hazırlıq fəaliyyəti" ittihamı irəli sürülməsinə əsas verən sənədlər aşkarlayıb.
Polis qeyd edib ki, bu işin daha genişmiqyaslı təhlükəyə çevriləcəyi düşünülmür. Bununla belə, məscidlərə dəstək təklif edildiyi bildirilib.