ABŞ-nin Arizona ştatında yerləşən Böyük Kanyon ərazisində baş verən daşqın nəticəsində bir nəfər həyatını itirib, daha 15 nəfər isə itkin düşmüş hesab olunur.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yayıb.
Bildirilib ki, 46 yaşlı kişinin cəsədi Kolorado çayının yaxınlığında tapılıb. Təbii fəlakət nəticəsində eyniadlı parkın həm içməli su mənbəyi, həm də yanğınsöndürmə vasitəsi kimi istifadə olunan su təchizatı sisteminə ziyan dəyib.
Daha əvvəl ştat rəhbərliyinin fəlakət bölgəsindən 62 nəfəri təxliyə etdiyi bildirilirdi. Hazırda dəymiş ziyanın miqyası qiymətləndirilir. Kanyon ərazisində leysan yağışlarının daha bir neçə saat davam edə biləcəyi proqnozlaşdırılır.