Braziliyanın Qoyaniya şəhərində yeniyetmənin məktəbdə açdığı atəş nəticəsində ən azı iki uşaq ölüb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, insident zamanı daha yeddi məktəblinin yaralandığı bildirilir.
Yerli KİV-in xəbərinə əsasən, valideynləri hərbi polis olan 13 yaşlı məktəbli cinayət zamanı onlara məxsus silahdan istifadə edib.
Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblini saxlayıblar.
Hazırda cinayətin motivləri araşdırılır.
S.B.
www.oxu.az