Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti 2025-ci il iyulun 18-dən bəri ilk dəfə 70 dolları ötüb.
Oxu.Az bu barədə ICE birjasının məlumatına istinadla xəbər verir.
Məlumata görə, Bakı vaxtı ilə saat 17:04-də "Brent" markalı neftin qiyməti 1 barelə görə 2.17% bahalaşaraq 70.09 dollara çatıb.
"Brent" markalı neft Bakı vaxtı ilə saat 17:08-də 70.35 dollar səviyyəsinə (+2.55%) çatıb.