İsveçdə həkimlər “Britaniya ştammı”na ilk yoluxma hadisəsini qeyd alıblar.
TASS agentliyi bu barədə İsveçin səhiyyə idarəsinin nümayəndəsi Sara Büforsa istinadən xəbər verir.
“Sedermanland əyalətində İngiltərədə tapılan virusun mutasiya edilmiş növü aşkar edilib”, - deyə İsveç rəsmisi qeyd edib.
S.Büforsanın sözlərinə görə, xəstə İngiltərədən gəlib, hazırda karantin altındadır və yaxınları arasında virusa yoluxan yoxdur.
S.Büfors Böyük Britaniyadan İsveçə gələn hər kəsi koronavirus testindən keçməyə və təcrid olunmağa çağırıb.