Böyük Britaniyada bir kişi heç vaxt xəstə olmadığı halda yeddi il ərzində sağalmaz xərçəng xəstəliyindən müalicə alıb.
Oxu.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Yanlış diaqnoz Saymon Pirsona 2018-ci ildə qoyulub.
Tibb işçiləri Pirsona bildiriblər ki, onda gələcəkdə oğullarına da keçə biləcək nadir qan xərçəngi növü var. Ötən illər ərzində pasiyent onlarla prosedurdan keçib, lakin 2025-ci ildə diaqnozun səhv olduğunu öyrənib.
Xəstəxana rəhbərliyi ailədən üzr istəyib, nəyin səhv getdiyini araşdırdıqlarını və belə bir halın bir daha təkrarlanmaması üçün problemləri aradan qaldırdıqlarını təsdiqləyib.