Kardinalların konklavda ilk səsverməsindən sonra Vatikanın Müqəddəs Pyotr meydanındakı Sikstin kapellasının bacasından qara tüstü qalxıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilib ki, yeni Roma Papasının üç saatdan çox davam edən qapalı, gizli seçkisi hələ nəticə verməyib.
80 yaşına qədər olan 133 kardinal Roma Papasının seçiləcəyi qapalı kardinal yığıncağı - konklav üçün Sikstin kapellasına toplaşıblar.
Oxu.Az xəbər verir ki, Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin məlumatına görə, kapellada mobil telefon və digər rabitə vasitələrinin istifadəsi qadağandır.
Gizlilik andı içildikdən sonra qapalı qapılar arxasında günün yeganə səsverməsi keçiriləcək.
Yeni Roma Papasını seçəcək konklavdan əvvəl Vatikanın Müqəddəs Pyotr Bazilikasında təntənəli mərasim başlayıb.
Bu barədə Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir.
Nahardan sonra 133 seçici kardinal Apostol sarayının Paulin kapellasında toplaşacaq, Bakı vaxtı ilə saat 18:30-da isə Sikstin kapellasında konklav rəsmi olaraq açılacaq.
Bu gün 130-a yaxın katolik kardinal bir araya gələrək yeni papanın seçilməsi prosesinə başlayacaq.
Oxu.Az bu barədə "Interfax" agentliyinə istinadən məlumat yayıb.
Konklavın (Roma papasının ölümündən sonra yeni papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı - red.) birinci günü hazırlıq mərasiminə həsr olunur. Həmən gün müxtəlif dini rituallar təşkil edilir, dualar oxunur.
Kardinallar daha sonra səsvermənin başlayacağı Sikstin kapellasına yollanacaqlar. Konklavın ilk günündə adətən yalnız bir tur keçirilir. Prosesə Roma Katolik Kilsəsinin kardinalı Kevin Farrell rəhbərlik edəcək.