Son illər ərzində Almaniyadakı hərbi obyektlərin hava məkanında yüzlərlə şübhəli pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bundesverin operativ komandanlığının adının açıqlanmasını istəməyən nümayəndəsi "Redaktions Netzwerk Deutschland" (RND) media qrupuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, daxil olan məlumatlar əsasən fərdi dronlarla bağlıdır, lakin bəzən dron dəstələri də aşkarlanır.
Komandanlıq rəsmisi əlavə edib ki, Almaniya, demək olar ki, hər gün dezinformasiya, saxta xəbərlər, kiberhücumlar, casusluq və hətta təxribat kimi hibrid təhdidlərlə qarşı-qarşıya qalır. Lakin o, baş verən hadisələrin konkret detallarını açıqlamaqdan imtina edib.