Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Buzlaqlar sürətlə əriyir" - Britaniyalı alim
Dünya okeanının səviyyəsi dinamik dəyişikliklər səbəbindən 2300-cü ilə kimi on metrə qədər yüksələ bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Darem Universitetinin dosenti Tom Çadli məlumat yayıb.
O qeyd edib ki, 2016-cı ildən 2021-ci ilə qədər iqlim dəyişikliyi səbəbindən Qrenlandiyanın buz təbəqəsi gözlənildiyindən daha tez çat verməyə başlayıb, əvvəl olan çatların həcmi isə artıb:
"Səbəblər arasında isti hava nəticəsində buzlaqların sürətlə əriməsi və okean temperaturunun yüksəlməsi göstərilir".
"Buna görə də alimlər dəniz səviyyəsinin qalxmasını proqnozlaşdırmalıdırlar ki, buna uyğunlaşmaq mümkün olsun" - deyə britaniyalı alim vurğulayıb.
"Buzlaqların əriməsi" teqi üzrə xəbərlər
- Buzlaqlarda "yatan" təhlükə
- Rusiyada sahildən ayrılan buzun üstündə qalan balıqçılar xilas edildilər
- Antarktidanın buzlarının əriməsi - Qədim vulkanların oyanmasına GİZLİ TƏHLÜKƏ
- BMT eksperti: "Buzlaqların əriməsi səbəbindən qlobal fəlakətə yaxınlaşırıq"
- Nepalın BMT-dəki daimi nümayəndəsi: "COP29-da olmaq bizim üçün çox vacibdir, buzlaqlarımız əriyir"