Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Seulda prezidentin həbsi tələbi ilə mitinq keçirilir
Təxminən 200 min nəfər Seulda parlament binasının qarşısına toplaşıb. Mitinq iştirakçıları prezident Yun Sok Yolun həbsini tələb edirlər.
Bu barədə Oxu.Az TASS agentliyinə istinadən xəbər verir.
Belə ki, mitinqə toplaşanlarən bir qrupu parlamentin girişində prezidentin həbsini tələb edən şüarlar səsləndirir.
Cənubi Koreyada prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Baş nazir Han Dok Su icra edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Yun Sok Yolun impiçmenti barədə qərar veriləndən sonra Baş nazir Han Dok Su Nazirlər Kabinetinin iclasını keçirib.
"Dövlətin sabit idarə olunması üçün bütün səy və gücümü sərf edəcəyəm", - deyə baş nazir qeyd edib.
Qeyd edək ki, ölkədə dekabrın 3-dən hərbi vəziyyətin elan edilməsi ilə bağlı ictimai-siyasi gərginlik yaranıb.
Cənubi Koreya lideri xalqa müraciətində bu qərarı Şimali Koreyadan yönələ biləcək təhlükənin qarşısının alınması məqsədilə əsaslandırıb. Qərar ölkədə siyasi kataklizmə səbəb olub.
Cənubi Koreya parlamenti Prezident Yun Sok Yolun impiçmentini dəstəkləyib.
Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər yayıb.
Qeyd olunub ki, impiçmentin lehinə 204 nəfər, əleyhinə 85 nəfər səs verib.
Hakim "Vətəndaş Gücü" partiyasının deputatları səsvermədə iştirak ediblər. Prezidentin impiçmenti barədə qərar ölkədə atəşfəşanlıqla qarşılanıb.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada tikilməkdə olan YOL ÇÖKDÜ: Ölənlər var
- Cənubi Koreya Rusiyaya qarşı sanksiyanı ləğv etdi
- "DeepSeek" istifadəçilərin şəxsi məlumatlarını Çinə ötürüb
- Cənubi Koreya "DeepSeek" süni intellektindən istifadəyə müvəqqəti QADAĞA QOYDU
- Cənubi Koreyada superqəhrəman libasında olan şəxs səfirliyə basqın etmək istədi