Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Cənubi Koreya və ABŞ-dən canlı sursatla təlimlər: Havadakı hədəfləri vuracaqlar
Cənubi Koreya və ABŞ "Ulchi Freedom Shield" proqramı çərçivəsində canlı sursatlardan istifadə etməklə 3 günlük hava təliminə başlayıblar.
Oxu.Az-ın "Yonhap"a istinadən xəbərinə görə, bu barədə ölkənin Hərbi Hava Qüvvələri açıqlama verib.
Məlumata görə, birgə hava təlimində "F-35A" və "F-15K" da daxil olmaqla, 60-a yaxın hərbi təyyarə iştirak edir.
Bildirilir ki, Şimali Koreyanın eyni vaxtda quru və hava təxribatlarına cavab prosedurlarını araşdırmaq məqsədilə təşkil edilən təlim çərçivəsində hərbi təyyarələrin atdığı raketlərlə havadakı hədəfləri zərərsizləşdirməsi planlaşdırılır.
Xatırladaq ki, Cənubi Koreya və ABŞ Şimali Koreyanın artan hərbi təhdidlərinə qarşı birgə müdafiə hazırlıqlarını gücləndirmək üçün avqustun 19-da "Ulchi Freedom Shield" ("Ulchi Azadlıq Qalxanı") təliminə başlayıb. İki ölkə arasında 11 günlük təlim avqustun 29-da başa çatacaq.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreya Prezidenti Yun Sok Yol həbs edildi
- Koreyada təyyarə qəzası ilə bağlı yeni təfərrüat məlum olub
- Cənubi Koreyada prezidenti həbs etməyə qoymayan mühafizə xidmətinin rəhbəri istefa verdi
- Şimali Koreyadan yeni ildə ilk raket buraxılışı: ABŞ-yə hədə-qorxu gəlir?
- Polisə Cənubi Koreya prezidentini həbs etmək hüququ verildi
Rəylər