Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Çexiyanın keçmiş prezidenti xəstəxanalıq oldu
Çexiyanın keçmiş prezidenti Miloş Zeman şəkər xəstəliyinin ağırlaşması səbəbindən Praqada xəstəxanaya yerləşdirilib.
Eks-prezident Motol xəstəxanasına aparılıb.
Məlumata görə, o xəstəxanada təxminən bir həftə qalacaq.
Qeyd edək ki, sentyabrın 28-də 80 yaşı tamam olan Zeman xroniki xəstəliklərdən əziyyət çəkir və əlil arabasından istifadə edir. Eyni zamanda o, yaşını nəzərə alaraq özünü sağlam hiss etdiyini daim vurğulayır.
Mənbə: TASS
Ən çox oxunanlar
Rəylər