Zimbabvenin prezidenti Robert Muqabe istefaya razılıq verib və bununla bağlı müvafiq sənədləri imzalayıb.
Bu barədə Oxu.Az "CNN"-ə istinadən xəbər verib.
Məlumata əsasən, hərbçilər Muqabenin şərtlərini qəbul ediblər. Belə ki, prezident və xanımına tam toxunulmazlıq verilir və mülkiyyətləri özlərində saxlanılır. Prezidentin rəsmi impiçmenti üçün sənəd parlamentin spikerinə göndəriləcək.
Xatırladaq ki, Muqabe telemüraciətində istefa verməyəcəyini bildirmişdi.
N.O.