Dağıstanda baş verən atışma nəticəsində “rosqvardiya”nın iki döyüşçüsü həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə “TASS” respublikanın güc strukturlarında olan mənbəyə istinadən məlumat yayıb.
Silahlı insidentin məişət zəminində baş verdiyi bildirilir.
“Qörqa kəndində məişət zəminində baş vermiş münaqişədə kişi “rosqvardiya”nın iki əməkdaşına atəş açıb. Onlar həlak olub. Kişi saxlanılıb” deyə agentliyin müsahibi bildirib.
Münaqişənin səbəbləri araşdırılır.
F.M.
www.oxu.az