Qarabağ məsələsi enişli-yoxuşlu yoldur, amma burada addımbaaddım sülh əldə etmək mümkündür.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu türk telekanalı NTV-yə verdiyi müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, sülhün yaradılması – eyni zamanda nəzarət edilməsi mümkün olmayan çoxsaylı parametrlərdən asılı olan mürəkkəb məsələdir.
“Yalnız bir mərmi Qarabağda atəşkəs rejimini poza bilər”, - türk naziri qeyd edib.
Eyni zamanda, nazir bəyan edib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın 1915-ci il Osmanlı imperiyasında baş verən hadisələrlə bağlı müraciəti Türkiyə və Azərbaycan münasibətlərinə təsir vasitəsi kimi qəbul edilməməlidir.
Nazir qeyd edib ki, Ərdoğanın nitqinin mətni 1915-ci il hadisələrini tədqiq edən hər bir kəs üçün istinad edilə biləcək mənbəyə çevrilməlidir.
“Ola bilər ki, biz baş nazirin müraciətinə ermənilərdən lazımi reaksiyanı almadıq, amma bu Ankaranın verdiyi başsağlığından imtina edəcəyi anlamına gəlmir.
Çünki bizim üçün ən əsas – insan faktorudur. Bundan başqa Osmanlı imperiyasında baş vermiş hadisələrlə əlaqəli öz mövqelərini yenidən nəzərdən keçirməli olacaq, üçüncü tərəflərin də reaksiyası vacibdir”, - Ə.Davudoğlu.
O, Ərdoğanın müraciətinin ermənilərin Türkiyə haqqında fikirlərinin dəyişəcəyinə ümid edir.
“İndi bizim ermənilərin terror aktları zamanı həlak olan diplomatların qətli ilə başsağlığı verəcəklərini soruşmaq haqqımız var? Biz belə addımı gözləyirik ona görə də hələ ki, belə suallar vermirik”, - Ə.Davudoğlu davam etdi.
O qeyd edib ki, Ərdoğanın müraciətinə dünyada verilən reaksiya, Ankaranın öz məqsədinə çatdığını təsdiqləyir.
“Ankaradan heç kim belə addım gözləmirdi, baxmayaraq ki, ilk siqnallar 2005-ci ildə verilmişdi. Siyasətdə dəyişikliklər, yalnız insanların dünya görüşü dəyişdiyi halda mövcuddur. Ərdoğanın müraciəti məhz buna yönəlmişdi”, - nazir qeyd edib.