Bu gün Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "X" hesabında paylaşım edib.
Azerbaycan-Türkiye-Gürcistan Üçlü Savunma Bakanları Toplantısı bugün Azerbaycan’ın Şuşa kentinde gerçekleştiriliyor. Üçlü Toplantı öncesinde Millî Savunma Bakanı Yaşar Güler ile Azerbaycan Savunma Bakanı Orgeneral Zakir Hasanov ikili bir görüşme yaptı. #MillîSavunmaBakanlığı #YaşarGüler
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 2, 2026
"Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü bu gün Azərbaycanın Şuşa şəhərində keçirilir.
Üçtərəfli görüşdən əvvəl Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Azərbaycanın müdafiə naziri general Zakir Həsənov arasında ikitərəfli görüş baş tutub", - deyə paylaşımda bildirilib.