Rusiyanın Dövlət Dumasının qadın deputatları həddən artıq uzun çəkən iclaslardan şikayət ediblər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, RFKP-nın nümayəndələri Vera Qanzya və Tamara Pletneva işin uzun sürməsindən şikayət ediblər, bu qrafiklə işləyərkən sağlamlıqlarını itirəcəklərini və ərlərini ac qala biləcəyini qeyd ediblər.
Müzakirələrin gedişatında Dövlət Dumasının sədrinin birinci müavini İvan Melnikov xatırladıb ki, deputatlar cümə günləri iclasların axşam saat altıya qədər keçirilməsini, bu səbəbdən də çərşənbə günləri iclasların bir qədər gec saatda bitməsini təklif edib. Dövlət Dumasının sədr müavini Sergey Nevrov isə öz növbəsində çətinlik çəkənlərə mandatı təhvil verməyi təklif edib.
N.O.
www.oxu.az