Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, xarici vətəndaşların Rusiyada qalması iqtisadi cəhətdən əsaslandırılmalı, onların özləri isə qanunlara əməl etməli, rus dilini bilməli və ölkəyə fayda verməlidirlər.
Oxu.Az bu barədə Dövlət Dumasının saytına istinadən xəbər verir.
* Rusiyada vətəndaşlıq almaq xeyli bahalaşdı: Putin qanunu imzaladı
"Xarici vətəndaşlar yalnız özlərini deyil, ailələrini də təmin etməyə qadir olan, qanunlara əməl edən, rus dilini bilən, ənənələrimizə, tariximizə və mədəniyyətimizə hörmətlə yanaşan və yaşamaq üçün seçdikləri ölkəyə fayda verən formalaşmış insanlar olmalıdırlar", - deyə Volodin qeyd edib.
Dövlət Dumasının sədri bildirib ki, miqrantlar üçün rüsumların hazırkı artımı federal büdcəni hər il əlavə olaraq 15 milyard rubldan çox yüksəltməyə imkan verəcək.