Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
LG şirkəti dünyanın ilk dartılabilən displeyini təqdim etdi
Cənubi Koreyanın LG şirkəti dünyanın ilk dartılabilən displeyini təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı championat.com yayıb.
Məlumata görə, displeyin ölçüsünü dartmaqla 1.5 dəfə artırmaq mümkündür.
Elastik 12 düymlük displey, kontakt linzalarda istifadə olunan xüsusi silikondan hazırlanıb və bunun sayəsində ekranı 18 düymədək uzatmaq olur.
Bu cür displeylərin əyri səthlərdə, məsələn, avtomobillərdə və ya portativ qurğularda, həmçinin dəb sənayesində istifadə edilə biləcəyi gözlənilir.
Ən çox oxunanlar
Rəylər