Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 27-yə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakhtar" rəsmi dövlət agentliyi məlumat yayıb.
Son məlumata görə, 730 nəfər xəsarət alıb. Yeraltı təkanlar ölkənin şimalındakı Balx, Samanqan, Sari-Pul, Baqlan və Kunduz bölgələrində hiss olunub.
Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində yaralananların sayı 534, ölənlərin sayı isə 20 nəfərdən çoxdur.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Əfqanıstanın İctimai Səhiyyə Nazirliyinin mətbuat katibi Şərəfət Zaman Amarxeyl "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Samanqan və Bəlxdə baş verən zəlzələ nəticəsində 20-dən çox insan həlak olub və 534 nəfər yaralanıb", - o yazıb.
Mətbuat katibi qeyd edib ki, zəlzələnin qurbanlarının sayı arta bilər.
Onun məlumatına görə, bütün yaxınlıqdakı xəstəxanalara tam hazır vəziyyətdə olmaq əmri verilib.
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatdı.
Oxu.Az xəbər verir ki, bu barədə "Afghanistan International" nəşri məlumat yayıb.
İlkin məlumata görə, 140-dan çox insan yaralanıb.






Bazar ertəsi erkən saatlarda Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhəri yaxınlığında baş verən 6.3 maqnitudalı zəlzələ zamanı ən azı yeddi nəfər həlak olub, təxminən, 150 nəfər yaralanıb.
Oxu.Az bu barədə "Reuters"ə istinadən xəbər verir.
"Bu səhərə qədər yeddi nəfər həlak olub, yaralanan 150 nəfər tibb mərkəzlərinə köçürülüb," - Məzari-Şərif yaxınlığında yerləşən Samangan əyalətinin səhiyyə departamentinin sözçüsü Samim Coyanda bildirib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ təxminən 523 000 əhalisi olan Məzari-Şərif yaxınlığında 28 km dərinlikdə baş verib. Zəlzələ qonşu Özbəkistanda da hiss olunub.
Əfqanıstanın şimalında ard-arda iki güclü zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata görə, yeraltı təkanların maqnitudası 6.3 və 6.8 bal olub. Zəlzələnin episentri Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə qeydə alınıb.
Təkanlar qonşu Tacikistan və Özbəkistanın bəzi bölgələrində də hiss edilib.
İtkilər və ya dağıntı barədə hələlik məlumat verilməyib.